22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Münaqişə vəziyyətində olan Ukrayna NATO-ya lazım deyil
Tarix: 11-07-2023 22:38 | Bölmə: Manşet


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-dan şikayət edib və bildirib ki, Kiyev qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini "Bloomberg" sitat gətirir.
Kuleba Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almaq üçün bütün şərtləri yerinə yetirdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Kiyev nə qədər tez alyansa qəbul edilsə, bu, hamı üçün bir o qədər yaxşı olacaq.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Ukrayna müharibə vəziyyətində olarkən NATO-ya üzv olmaq yersizdir. Bu, Amerikanın Rusiya ilə müharibəyə girməsi demək olardı.
NATO Vilnüs sammitinin kommünikesində qeyd edir ki, Ukraynanın gələcəyi alyansdadır, lakin eyni zamanda, Kiyev bir sıra şərtləri yerinə yetirməlidir.



Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər