20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
"Spartak" "Tottenhem"in müdafiəçisini almağa hazırlaşır
Tarix: 09-07-2023 22:32 | Bölmə: Manşet


“Spartak”ın sıraları London “Tottenhem”inin müdafiəçisi Davison Sançesi artıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, moskvalıların 27 yaşlı kolumbiyalı ilə maraqlandığını futbolçunun agenti də təsdiqləyib.
Kolumbiyalı müdafiəçi Davinson Sançes Londonu Moskvaya dəyişə bilər. Moskvanın "Spartak" klubu "Tottenhem"in futbolçusunu almaqda maraqlıdır.
"Sport-Express" xəbər verir ki, Sançesin agenti Fernando Villarreal "Spartak"ın müştərisinə təklif etdiyini bildirib. TASS iddia edir ki, klub hələlik təkliflə çıxış etməyib, kolumbiyalını almaq imkanını nəzərdən keçirir.
Davinson Sançes 6 il "Tottenham"-da çıxış edib. Davison ötən mövsüm 23 oyunda meydana çıxıb. Cənubi amerikalının təxmini dəyəri 15 milyon avrodur.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər