22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ərdoğan və Bayden Ukrayna, NATO və "F-16" haqqında danışıblar
Tarix: 09-07-2023 22:28 | Bölmə: Manşet


Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Tayyib Ərdoğan administrasiyası məlumat yayıb.
Dövlət başçıları Ukraynanın NATO-dakı mövqeyini, İsveçin Şimali Atlantika Alyansına üzvlüyü, "F-16" təyyarələrinin tədarükü və Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü prosesini müzakirə ediblər. Tayyib Ərdoğan və Co Bayden NATO sammiti çərçivəsində Vilnüsdə şəxsən görüşmək barədə razılığa gəliblər. Orada Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, eləcə də regional məsələləri ətraflı müzakirə edəcəklər.
Ərdoğan danışıqlar zamanı bildirib ki, İsveç düzgün istiqamətdə bəzi addımlar atıb. Xüsusilə, ölkədə antiterror qanunvericiliyində dəyişikliklər edilib. Eyni zamanda, Türkiyə lideri vurğulayıb ki, Kürdüstan Fəhlə Partiyasının tərəfdarları sərbəst şəkildə nümayişlərini davam etdirirlər. Bu, atılan addımları faydasız edir, Tayyib Ərdoğan vurğulayıb.
Həmçinin türkiyəli başçı Co Baydenin diqqətini Ankaranın "F-16"-lar tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməyin düzgün olmadığına yönəldib. Ərdoğan amerikalı həmkarına döyüş təyyarələrinin tədarükü tələbini dəstəklədiyinə görə təşəkkür edib.
Bundan əvvəl Kreml Vladimir Putinin Türkiyə lideri ilə hələlik danışmaq fikrində olmadığını bildirib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər