20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
“Ukrayna NATO-ya üzv olmağa layiqdir”
Tarix: 08-07-2023 13:13 | Bölmə: Manşet

                      ukrayna-nato-ya-uzv-olmaga-layiqdir



“Şübhəsiz ki Ukrayna NATO-ya üzv olmağa layiqdir”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda keçirdiyi görüşdən sonra baş tutan mətbuat konfransında deyib.
O vurğulayıb ki, müharibənin başladığı vaxtdan Türkiyə Ukrayna ilə həmrəylik nümayiş etdirib və ona müxtəlif sahələrdə köməklik göstərib.
Qeyd edək ki, Ukrayna NATO üzvlüyünə qəbul olunması üçün 2022-ci il 30 sentyabr tarixində ərizə ilə müraciət edib. NATO Baş katibi Yens Stoltenberq bəyan edib ki, ölkənin alyansa üzv qəbul olunması üçün əsas şərtlərdən biri onun Rusiya üzərində qələbəsidir.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər