22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
PSJ "Sportinq"in 22 yaşlı yarımmüdafiəçisi üçün 60 milyon avro ödəyib
Tarix: 07-07-2023 20:31 | Bölmə: Manşet


Portuqaliyalı yarımmüdafiəçi Manuel Uqarte karyerasını Fransa Liqa 1-də davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı uruqvaylı "Paris Saint-Germain" ilə 2028-ci ilin iyununa qədər 5 illik müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. "Transfermarkt.de" xəbər verir ki, Lissabon klubu futbolçunun satışından təxminən 60 milyon avro qazanıb.

Uqarte 2021-ci ilin qışında 4,1 milyon avroya Portuqaliya “Famalikan”ına keçdiyi uruqvaylı “Feniks”in yetirməsidir. Altı ay sonra “Sportinq” futbolçunun transferi üçün 12,5 milyon avro ödəyib.
Manuel Portuqaliya millisində bütün yarışlarda 85 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Həmçinin yarımmüdafiəçi Uruqvay millisində 8 oyun keçirib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər