22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna Karasevin hakimlər iclasına çağırılması ilə bağlı UEFA-ya müraciət edib
Tarix: 07-07-2023 09:52 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası (UAF) rusiyalı referi Sergey Karasevin sentyabrda keçiriləcək hakimlər iclasına dəvət olunması ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqına müraciət edib.
“Biz əminik ki, UEFA-nın Rusiya Federasiyası vətəndaşlarına münasibətdə ümumi siyasəti fonunda bu hal qəbuledilməzdir və hesab edirik ki, yuxarıda qeyd olunanlar anlaşılmazlığın nəticəsidir. Rusiya Federasiyasına qarşı sanksiyaların mümkün yumşaldılması ilə bağlı hər bir epizod bizim hamımız üçün həssas olduğundan, bu məsələyə münasibət bildirməyinizi xahiş etmək fürsəti var”.
Xatırladaq ki, 2022-ci ilin fevralında Karasevin briqadası Avropa Liqasının 1/16 final mərhələsinin “Napoli” – “Barselona” matçında (2:4) çalışıb. Bundan sonra Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar UEFA rusiyalı hakimləri beynəlxalq oyunlarda işdən uzaqlaşdırıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər