22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Madonnanın dostu müğənninin səhhətindən danışıb
Tarix: 04-07-2023 21:31 | Bölmə: Manşet


Madonnanın dostu, amerikalı teleaparıcı Rozi O'Donell sosial şəbəkələrdə pop ulduzun özünü yaxşı hiss etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, O'Donnell sənətçi ilə birgə arxiv fotosunu yerləşdirib və şərhlərdə Madonna ilə bağlı bəzi sualları cavablandırıb.
Xüsusilə telediva narahat olan abunəçilərə "O, yaxşıdır" deyib.
Xatırladaq ki, Madonna iyunun 24-də Nyu-Yorkdakı mənzilində huşunu itirmişdi. İfaçı kəskin bakterial infeksiya diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, bir neçə gün xəstəxanada qalıb, sonra evə buraxılıb.
Lakin mətbuatda yayılan məlumatlara görə, müğənni evdə uzun müddət özünü pis hiss edib. Ulduz o qədər zəif idi ki, yataqdan qalxa bilmirdi.
Madonnanın yaxınları hesab edirlər ki, səhhətinin kəskin pisləşməsi sənətçinin yaradıcılığının 40 illiyinə təsadüf edən Celebration qastrol səfərinə intensiv hazırlıqla bağlı olub. Onların sözlərinə görə, Madonna uzun müddət onun səhhətinin pisləşməsinə və qızdırmasına məhəl qoymayıb və tam tükənənə qədər məşqlərə davam edib.
Pop musiqisinin əfsanəsinin dünya turnesi iyulun 15-də başlamalı idi, lakin baş verən hadisəyə görə təxirə salınmalı olub. Yeni konsertin tarixləri hələ açıqlanmayıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər