22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Liverpul" Macarıstan millisinin oyunçusunu 70 milyon avroya alıb
Tarix: 02-07-2023 20:54 | Bölmə: Manşet


İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "RB Leipzig" klubunun yarımmüdafiəçisi Dominik Soboslai ilə müqavilə imzaladığını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mersisaydlıların saytında rəsmi məlumat verilib.
"Biz Leypsiqli Soboslai ilə müqavilə imzalamağı başa çatdırdıq. Bundan əlavə, oyunçu Böyük Britaniyada iş icazəsi də alıb", - "qırmızılar"ın mətbuat ofisinin açıqlamasında deyilir.
İnsayder Fabrizio Romano da macar yarımmüdafiəçinin alınmasının "Liverpul"a 70 milyon avroya başa gəldiyini açıqlayıb. Tərəflərin imzaladığı müqavilə 5 illik müddətə nəzərdə tutulub və 2028-ci ilin iyun ayına kimi hesablanıb.
Soboslay yeni klubunda səkkiz nömrədə çıxış edəcək.
Soboslay 2021-ci ildən RB "Leypsiq"də çıxış edir. O vaxtdan bəri 91 oyun keçirib, 20 qol vurub və 22 məhsuldar ötürmə verib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər