22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İngiltərə Almaniyanı Avro Gənclər üzrə pley-offdan kənarda saxlayır
Tarix: 28-06-2023 23:01 | Bölmə: Manşet


Futbol üzrə gənclər arasında Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyununda İngiltərə yığması Batumidə Almaniya yığmasına qalib gəlib - 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüşün qaliblərinin qollarını müvafiq olaraq 4-cü və 21-ci dəqiqələrdə Kemeron Arçer və Harvi Elliot vurub.
Paralel görüşdə İsrail millisi Omri Qandelmanın 82-ci dəqiqədə vurduğu qol sayəsində Çexiyaya qalib gəlib.
İngiltərə ardıcıl üçüncü qələbəsini qazanaraq C qrupunda doqquz xalla birinci, İsrail isə dörd xalla ikinci olub. Hər iki komanda turnirin 1/4 finalına yüksəlib.
Kvartetdə üçüncü yeri Çexiya (3 xal), dördüncü yeri isə kubokun hazırkı sahibi olan Almaniya (1) tutub.
Bundan əvvəl A qrupundan Gürcüstan və Portuqaliya, B qrupundan isə İspaniya və Ukrayna komandaları pley-offa yüksəlib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər