22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Koulibali "Çelsi"dən "Əl-Hilal"a yollanıb
Tarix: 25-06-2023 23:55 | Bölmə: Manşet


Londonun "Çelsi"si seneqallı müdafiəçi Kalidou Koulibali ilə əməkdaşlığa xitam verdiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, cari transfer pəncərəsində Səudiyyə Ərəbistanı çempionatına keçən növbəti oyunçu olub.
Bu barədə İngiltərə Premyer Liqasının klubu rəsmi saytında məlumat yayıb.
"Biz Stamford Bridge-də olduğu müddətdə meydanda və meydandan kənarda verdiyi töhfələrə görə Kalidaya təşəkkür etmək istərdik və ona növbəti karyera mərhələsində ən yaxşısını arzulayırıq."
Koulibalinin yeni klubu "Əl-Hilal" olub. Mətbuatın yazdığına görə, o, kluba 20 milyon avroya başa gəlib və müqaviləsi üç illikdir.
O, 2022-ci ildən "Çelsi"də çıxış edir. O, bundan sonra "Mavilər"in heyətində 32 oyuna çıxıb, iki qol vurub.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər