22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Çelsi" 21 yaşlı seneqallı ilə 8 illik müqavilə imzalayacaq
Tarix: 25-06-2023 23:31 | Bölmə: Manşet


"Çelsi" futbol klubu "Vilyarreal"ın seneqallı hücumçusu Nikolas Ceksonu heyətinə qatmağa hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, maraqlıdır ki, londonlular futbolçu ilə 8 illik müqavilə imzalamaq niyyətindədir.
İtaliyalı jurnalist Fabrizio Romanonun sözlərinə görə, tərəflərin müqaviləsi 2031-ci ilin yayına kimi hesablanacaq. Mənbənin sözlərinə görə, Cekson artıq “Çelsi”nin tibbi müayinəsindən keçib.
21 yaşlı hücumçu üçün "mavilər" Villarreala 37 milyon avro ödəyəcək. Eyni zamanda, ispan klubu ingilislərə hissə-hissə ödəmə üçün əlverişli şərait yaratmağa hazırdır.
Cekson ötən mövsüm "Sarı sualtı qayıq"ın heyətində 38 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçuların dəyəri ilə məşğul olan "Transfermarkt" seneqallı oyunçunu 30 milyon avro qiymətləndirir.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər