22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Spartak” Nikolsonla müqaviləni vaxtından əvvəl poza bilər
Tarix: 23-06-2023 23:58 | Bölmə: Manşet


Moskva "Spartak"ı yamaykalı hücumçu Şamar Nikolsonla əməkdaşlığı başa çatdıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Qırmızı-ağlar” rəhbərliyi futbolçunu hansı məbləğə satmaq niyyətində olduğunu artıq açıqlayıb.
"Sport24.ru" xəbər verir ki, paytaxt klubu onun satışından yeddi milyon avrodan çox gəlir əldə etmək istəyir. Mənbənin sözlərinə görə, futbolçunun özü də “Spartak”dan ayrılmağa qarşı deyil.
Nikolsonla Türkiyə və Belçika klublarının maraqlandığı qeyd edilir.
Xatırladaq ki, Nikolson "Spartak" düşərgəsinə 2021-ci ilin sonunda Belçika "Şarlerua"sından keçmişdi. O, “Spartak”ın heyətində 27 oyun keçirib, 4 qol vurub və iki məhsuldar ötürmə edib.
Onun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər