22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İspaniya klubu müqavilələrə görə avrokuboklardan uzaqlaşdırılıb
Tarix: 23-06-2023 23:52 | Bölmə: Manşet


İspaniyanın "Osasuna" futbol klubu növbəti mövsümdə Konfrans Liqasında iştirakdan kənarlaşdırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pamploniyalılarla bağlı bu qərarı UEFA verib.
Mundo Deportivo xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı "Osasuna"-ya qarşı iki danışıq oyununda iştiraka görə iş açıb. Söhbət 2012/13 və 2013/14 mövsümlərindəki matçlardan gedir.
İstintaq "Osasuna" prezidenti və direktorlar şurasının üzvlərinin mənimsəmə, idman korrupsiyası və sənədlərin saxtalaşdırılmasında təqsirli bilindikdən sonra başlayıb. Klubun “Valyadolid” və “Betis”ə qarşı “sazişlərdə” iştirakı da sübuta yetirilib.
Xatırladaq ki, İspaniya çempionatının son mövsümünün yekunlarına görə, “Osasuna” turnir cədvəlini yeddinci pillədə başa vuraraq Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər