22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Spertsyan üçün böyük mükafatlar: "Ajax", "Inter", "Man City", "Borussia"
Tarix: 22-06-2023 23:59 | Bölmə: Manşet


“Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan Rusiya Premyer Liqasının mövsümü başa çatdıqdan sonra Ermənistan millisində çıxış edərək avropalı skautlar arasında böyük populyarlıq qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onunla İtaliya, İngiltərə və Almaniyanın aparıcı klubları maraqlanır.
Daha əvvəl İtaliya A Seriyasının üç klubunun - "İnter", "Fiorentina" və "Sassuolo"nun oyunçu üçün yer ayırmağa hazır olduğu bildirilirdi. İndi məlum olub ki, İngiltərənin “Mançester Siti” rəhbərliyi Rusiya pasportu ilə ermənini izləyir.
Bəzi mənbələrə görə, “Krasnodar”ın yarımmüdafiəçisi “Borussiya Mönhenqladbax”ın da diqqətini çəkib, lakin "Sportİtalia"-nın məlumatına görə, Spertsyanın transferi uğrunda mübarizədə əsas favorit Hollandiya “Ayaks”ıdır.
Müxtəlif mənbələrə görə, Rusiya klubu 23 yaşlı yarımmüdafiəçi ilə 16-20 milyon avroya ayrılmağa hazırdır. Bununla belə, "Krasnodar" kifayət qədər qapalı qurumdur, ona görə də Sergey Qalitskinin komandasından hələlik rəsmi şərh yoxdur. Premyer Liqa mövsümündə Spertsyan 28 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə verib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər