22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Çelsi"dən Səudiyyə Ərəbistanına dörd futbolçu gedib
Tarix: 21-06-2023 23:56 | Bölmə: Manşet


Keçən ilki böyük alış-verişdən sonra bu yay real satış həyata keçirən London "Çelsi"-ni daha bir futbolçu tərk edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, Kalidou Koulibali də klubdakı üç həmkarı kimi Səudiyyə Ərəbistanına yollanıb.
Fransa pasportlu seneqallı forvard "Çelsi"dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçir. İnsayderlərin sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu müdafiəçinin transferi ilə bağlı “aristokratlar”la şifahi razılığa gəlib və şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Müxtəlif mənbələrə görə, müqavilə 3, hətta 3,5 il üçün nəzərdə tutulacaq. Daha əvvəl Koulibalinin yeni komandasında ildə 30 milyon avro alacağı bildirilirdi. Daha əvvəl "Əl-Hilal" "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi 47 milyon funt-sterlinq və ya 55 milyon avroya transfer etməyə razılaşıb.
Seneqallı müdafiəçi “Çelsi”dən Səudiyyə Ərəbistanına gedən dördüncü futbolçudur. Daha əvvəl qaradərili fransız Nqolo Kante “Əl-İttihad”a keçib, "Əl-Nəsr" və "Əl-Əhli" isə müvafiq olaraq mərakeşli Hakim Ziyeç və daha bir seneqallı Eduard Mendinin transferləri ilə bağlı razılığa gəliblər.
Koulibaly 2023-cü ilin yayında "Çelsi"yə keçib, İtaliyanın "Napoli" klubundan 40 milyon avroya alınıb.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər