22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Havertz "Arsenal"-a keçir
Tarix: 21-06-2023 23:32 | Bölmə: Manşet

Londonun “Çelsi” komandası ilə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olan Almaniya millisinin futbolçusu Kay Haverts İngiltərə Premyer Liqasının digər paytaxt klubuna - “Arsenal”a keçir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insayderlərin fikrincə, alman yarımmüdafiəçinin “topçular”ın düşərgəsinə keçidi ilə bağlı razılaşma tam razılaşdırılıb. Müxtəlif mənbələrə görə, “aristokratlar” Haverts üçün coğrafi qonşularından 65-70 milyon funt-sterlinq (75-81 milyon avro) alacaqlar.
Eyni zamanda, alman futbolçu "Arsenal"la uzunmüddətli - ən azı 3 mövsümlük müqavilə ilə razılaşıb, baxmayaraq ki, ekspertlər rəsmi müddətin daha uzun ola biləcəyini düşünürlər.
Havertz "Çelsi"yə 2020-ci ilin payızında "Bayer Leverkuzen"dən keçib. O, klubda 139 oyuna çıxıb və 32 qola imza atıb. Yarımmüdafiəçinin millidə də 33 matçı var.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər