22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Criştiano Ronaldo 200-cü oyununu keçirib
Tarix: 20-06-2023 23:23 | Bölmə: Manşet


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, millinin tərkibində 200-cü dəfə meydana çıxıb.
Reykyavikdə futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Portuqaliya yığmaları üz-üzə gəlib. 38 yaşlı Kriştiano Ronaldo meydanda qonaqların start heyətinə daxil olub.
Bu matç Kriştiano Ronaldonun Portuqaliya millisində 200-cü oyunu olub. O, 200-ə çatan ilk oyunçu oldu. Hətta bundan əvvəl portuqaliyalılar millinin heyətində keçirdiyi oyunların sayına görə dünya rekordu vurmuşdu. Bundan əvvəlki nailiyyət Küveyt millisində 196 oyun keçirən Bəder əl-Mutava məxsus olub.
Kriştiano Ronaldo milli komandada ən çox qol vuran futbolçudur. Portuqaliyalı millinin heyətində 122 qol vurub.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər