22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sosialist-inqilabçılar Dmitri Qusevin Moskva merliyinə namizədliyini irəli sürüblər
Tarix: 20-06-2023 22:55 | Bölmə: Manşet


“Ədalətli Rusiya – Həqiqət naminə” partiyası Dövlət Dumasının deputatı, fraksiya rəhbərinin birinci müavini Dmitri Qusevi Moskva merliyinə namizəd kimi irəli sürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fraksiyanın rəhbəri Sergey Mironov partiyanın Moskva bölməsinin konfransında qəbul edilən qərardan sonra Dmitri Qusevi enerjili, operativ, çox bacarıqlı və paytaxt hökumətində təcrübəyə malik müasir siyasətçi adlandırıb.
Qusev özü Moskvanın təhlükəsizliyinin təmin edilməsini və şəhər iqtisadiyyatının bütün sahələrində miqrantlar üçün kvotaların sərtləşdirilməsini seçki kampaniyasının əsas vəzifələri adlandırıb. O, eyni zamanda fikri nəzərə alınmayan, səsi eşidilməyənləri də “dinləyib eşidəcəyinə” söz verib.
Xatırladaq ki, “Vahid Rusiya” partiyası bundan əvvəl paytaxt meri postuna Moskvanın hazırkı meri Sergey Sobyaninin namizədliyini irəli sürüb. Moskva merinin seçkiləri sentyabrın 10-da keçiriləcək.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər