22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Peskov Putinin NATO ilə bağlı ifadəsini açıqlayıb
Tarix: 16-06-2023 23:58 | Bölmə: Manşet

Kreml Rusiya prezidentinin SPİEF-dəki çıxışının Qərbdə eşidiləcəyinə əmindir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov izah edib ki, NATO-ya ünvanlanan məlum ifadəsi Rusiyanın nüvə silahı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməsi demək deyil. Kreml sözçüsü bildirib ki, Moskva gələcək danışıqlara hazırdır.
Peskov həmçinin qeyd edib ki, Qərbdə heç də hamı rusofobiya hisslərini bölüşmür, TASS xəbər verir. Əgər qarşıdurmadan danışırıqsa, bu, tərəfdaşlarla deyil, rəqiblərlədir.
Kreml onu da diqqətə çatdırıb ki, son bir il ərzində Rusiya dost ölkələrlə əlaqələrin inkişafında çox şeyə nail olub. Peskovun sözlərinə görə, Rusiyanın Çin, İran və Hindistanla əməkdaşlıq potensialı çox böyükdür və müəyyən çətinliklər olsa da, tükənməyib.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər