22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ali Baş Komandan: "NMD zamanı bir çox silah növlərinin əskik olduğu məlum oldu"
Tarix: 13-06-2023 23:57 | Bölmə: Manşet


Xüsusi əməliyyat zamanı məlum olub ki, Rusiya ordusunda bir çox silah növləri yoxdur, Vladimir Putin hərbi komandirlərlə görüşündə deyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət yüksək dəqiqlikli döyüş sursatlarından, rabitə sistemlərindən və dronlardan gedir.
Rusiya Federasiyasında bütün bunlar var, lakin kifayət qədər miqdarda deyil, prezident izah edib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri “Leopard” tankları, “Bradley” zirehli texnikası ilə silahlanıb və 2F-16"-ları idarə etməyə hazırlaşır. Ukrayna hərbi-sənaye kompleksi öz başına heç nə istehsal etmir və tezliklə fəaliyyətini tamamilə dayandıracaq.
Ukraynaya sursat, silah və texnika gətirilir. Bu, o qədər də uzun sürməyəcək, deyə, dövlət başçısı əlavə edib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər