Bütün xəbərlər
Ərdoğan Çempionlar Liqasının finalına tamaşaçı kimi baxır
Tarix: 10-06-2023 23:56 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının finalının keçirildiyi İstanbul stadionuna gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İtaliya “İnter”i ilə İngiltərənin “Mançester Siti” komandaları arasında Çempionlar Liqasının final matçına gəlib. Atatürk stadionunda Moskva vaxtı ilə saat 22:00-da başlayan matçda hesab hələ açılmayıb.
Türkiyə prezidenti gənclik illərində futbolla ciddi məşğul olub, bu sahədə böyük vədlər göstərib, yarı peşəkar klublarda çıxış edib.
Türkiyə lideri azarkeşləri salamlayıb, "Hürriyyət" qəzeti yazır.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər