Bütün xəbərlər
Messi "İnter Mayami"yə keçdiyini açıqladı
Tarix: 07-06-2023 23:43 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Barselona"nın və "Paris Sen-Jermen" klubunun sabiq hücumçusu Lionel Messi karyerasını keçmiş İngiltərə millisi Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubunda davam etdirəcəyini açıqlayıb.
"Karyeramı harada davam etdirəcəyəm? Mayamiyə getməyə qərar verdim" deyən, Messidən "Mundo Deportivo" sitat gətirir: "Mən hələ də müqavilənin yüz faiz bağlandığına əmin deyiləm, amma səyahətimi orada davam etdirməyə qərar verdim".
Daha əvvəl Messinin müqavilə müddəti bitdikdən sonra PSJ-dən ayrılacağı məlum olub. Lionel fransız klubuna 2021-ci ilin yayında pulsuz transferlə qoşulub.
Yeddi dəfə “Qızıl top”un sahibi Parisin heyətində bütün yarışlarda 74 oyuna çıxıb, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.
Bundan əvvəl argentinalı 15 ildən çox “Barselona”da çıxış edib. Mavi qranatlı hücumçu "gənclər komandasında" 13 yaşında idi. İspan klubunun tərkibində Lionel bütün yarışlarda 778 matçda iştirak edib, 672 qol vurub və 305 məhsuldar ötürmə verib.
Argentinalı "Barselona" ilə birlikdə on dəfə İspaniya çempionu olub və dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Həmçinin Messinin hesabına Argentina millisində 174 oyun və 102 qol vuraraq dünya çempionu olub.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər