Bütün xəbərlər
Blinken: "İran heç vaxt nüvə silahına sahib olmayacaq"
Tarix: 05-06-2023 23:38 | Bölmə: Manşet

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmaq əzmində olduğunu vurğulayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton bunu Yaxın Şərqin təhlükəsizliyinə ciddi təhdid hesab edir. Blinken bu barədə Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) tədbirində çıxışı zamanı bildirib.
Blinken çıxışında İranın mütəmadi olaraq İsraili məhv etməklə hədələdiyini də qeyd edib və ABŞ-ın müttəfiqini qorumaq üçün tam məsuliyyət daşıdığını vurğulayıb. O, həmçinin vurğulayıb ki, İran Yaxın Şərq regionunda təcavüzkarlıq ixracını davam etdirir və Rusiya ordusunu Ukraynaya zərbələr endirmək üçün istifadə olunan pilotsuz təyyarələrlə təmin edir, Tehranın özü isə Rusiyadan qabaqcıl silahlar alır.
Blinken ABŞ-ın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini və diplomatik səylər, iqtisadi təzyiq və məhdudlaşdırma strategiyalarından istifadə etməyə hazır olduğunu vurğulayıb. Prezident Bayden İranın nüvə silahına çıxış əldə etməməsi üçün bütün variantları nəzərdən keçirir, Blinken yekunlaşdırıb.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər