23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Qeyri-dost ölkələrdən gələn jurnalistlər SPİEF-ə buraxılmayacaq
Tarix: 03-06-2023 18:53 | Bölmə: Manşet


İyunun 14-17-də keçiriləcək XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dost olmayan ölkələrin nəşrlərinin jurnalistləri akkreditasiyadan keçməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir qərarın 1997-ci ildən keçirilən SPİEF tarixində ilk dəfə verildiyini təsdiqləyib.
Forumda bir dənə də olsun Qərb müxbiri olmayacaq, lakin SPİEF-ə maraq həmişə böyükdür, Peskov əlavə edib. Onun sözlərinə görə, yerdə qalan bütün jurnalistlər işləyəcək.
Bir sıra qərbli jurnalistlərin akkreditasiyadan imtina etməsi barədə ilk dəfə "The Bell" məlumat yayıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiyanın ən böyük iqtisadi forumudur. Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq Sankt-Peterburqda keçirilən forumun plenar iclasında iştirak edir. 2023-cü ildə keçiriləcək forumun əsas mövzularından biri əmək bazarı mövzusu olacaq. Forumun əsas auditoriyası iri Rusiya və xarici şirkətlərin rəhbərləri, dövlət başçıları və siyasi liderlər, baş nazirlər, baş nazirin müavinləri, nazirlər, qubernatorlardır. 2021-ci ildən isə biznes-forum MDB məkanında əsas iqtisadi forum kimi tanınır.
Kreml də foruma xarici iştirakçıları dəvət etməyib. Lakin bu, Peskovun izah etdiyi kimi, humanist səbəblərdən edilib. Forum çərçivəsində "AvtoVAZ" yeni "Lada X-Cross" krossoverinin istehsalı üçün konveyer xəttini işə salmaq niyyətindədir.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər