Bütün xəbərlər
Benzema 14 ildən sonra Real Madriddən ayrılmağa hazırlaşır
Tarix: 01-06-2023 21:56 | Bölmə: Manşet


"Real"ın və Fransa yığmasının hücumçusu Kərim Benzema İspaniya klubundan vaxtından əvvəl ayrılmağı düşünür.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı forvard bununla bağlı müraciətini artıq hazırlayır.
Bu barədə onun rəsmi saytında italiyalı jurnalist və insayder Canluka Di Marzio məlumat verib. Onun sözlərinə görə, “qaymaqlılar”ın fransız futbolçusu mövsümün sonunda klubdan getməyə hazırdır.
Xatırladaq ki, ərəfədə Benzemaya Səudiyyə Ərəbistanında maraq göstərildiyi məlum olmuşdu. Orada ona iki mövsüm üçün 200 milyon avro maaş vəd edilir. Bundan əlavə, o, Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirdə keçiriləcək dünya çempionatının səfiri olmağa razılıq verərsə, qazana bilər.
Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər