Bütün xəbərlər
Putinlə Ərdoğan arasında telefon danışığı olub
Tarix: 29-05-2023 22:22 | Bölmə: Manşet


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Dövlət başçıları ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı da razılığa gəliblər. Bundan əlavə, ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Kreml iki prezidentin söhbətinin təfərrüatlarını da açıqlayıb. Putin Ərdoğanın Rusiya-Türkiyə münasibətlərinin konstruktiv və qarşılıqlı faydalı şəkildə inkişafına verdiyi töhfəni vurğulayıb.
Daha əvvəl Vladimir Putinin sözçüsü bildirmişdi ki, hələlik Rusiya prezidentinin iş qrafikində türkiyəli həmkarı ilə söhbəti yoxdur.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər