Bütün xəbərlər
"Çelsi" Poçettino ilə müqavilə imzalayıb
Tarix: 28-05-2023 22:09 | Bölmə: Manşet


Argentinalı mütəxəssis Maurisio Poçettino Londonun “Çelsi” klubunun yeni baş məşqçisi olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insayderlər tərəflərin müqavilə imzaladığını bildirir, lakin rəsmi açıqlama verilmir.
Argentinalı həm İngiltərə Premyer Liqasında təcrübəyə malikdir - o, "Sauthempton" və "Tottenhem Hotspur"a rəhbərlik edib, həm də Fransada yüksək klub səviyyəsində - 2021-2022-ci illərdə "Paris Saint-Germain"-də çalışıb.
İndi isə İngiltərədəki nüfuzlu mənbələr – xüsusən də “The Telegraph” xəbər verir ki, London “aristokratları”nın yeni sahibləri “Tottenhem” və “PSJ”nin keçmiş mentoruna mərc etmək qərarına gəliblər. Müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Çox da uğurlu olmayan bu mövsümdə “Çelsi”yə üç mütəxəssis rəhbərlik edirdi: keçmiş sahibi Roman Abramoviçin tabeliyində olan alman Tomas Tuxel və ingilis Qrem Potter və Frenk Lempard.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər