Bütün xəbərlər
Özünü qalib elan edən Ərdoğan, tərəfdarları bayram etməyə başladı
Tarix: 28-05-2023 21:56 | Bölmə: Manşet


Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan özünü seçkinin qalibi elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, o, artıq dünya liderlərindən təbrikləri qəbul edir. Bu arada İstanbulda onun tərəfdarları qələbəni qeyd etməyə başlayıblar.
“Millətimiz seçim etdi və bizə daha beş il ölkəyə rəhbərlik etmək səlahiyyəti verdi”, - Ərdoğan mitinqdə çıxışı zamanı deyib.
O, ona səs verən bütün vətəndaşlara təşəkkür edib.
Onun bizə bəxş etdiyi demokratiya bayramına görə xalqımıza təşəkkür edirəm”, - Türkiyə lideri bildirib.
Qutuların 98 faizindən bülletenlərin işlənməsi Ərdoğanın 52,12 faiz, rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlunun isə 47,88 faiz səs topladığını göstərib.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər