Bütün xəbərlər
Zidan "Əl-Nəsr"in dəvətini rədd etdi
Tarix: 25-05-2023 23:52 | Bölmə: Manşet


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Zinəddin Zidanı baş məşqçi postuna dəvət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin fransalı mütəxəssis bundan imtina edib.
"Əl-Nəsr" Zinəddin Zidana fantastik müqavilə təklif etməyə hazır idi. İki illik iş üçün Zidan 150 milyon avro alacaqdı.
Amma belə səxavətli təklif Zinəddin Zidanı maraqlandırmayıb, "Sport 24". Fransız məşqçi Kriştiano Ronaldonun çıxış etdiyi klubla işləməkdə maraqlı deyil. Zidan Avropa klubunda işə düzəlmək niyyətindədir.
Zinəddin Zidan özü 2021-ci ilin may ayından işsizdi. Onun məşqçilik karyerasında son klubu "Real Madrid" olub.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər