Bütün xəbərlər
Klinton demokratiyanın sonu haqqında danışıb
Tarix: 21-05-2023 23:27 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Trampın qarşıdan gələn seçkilərdə mümkün qələbəsindən qorxduğunu bildirib və bunun Ukrayna və ABŞ-da demokratiya üçün mənfi nəticələrə səbəb ola biləcəyini iddia edib.
“Əgər Tramp 2024-cü ildə qalib gəlsə və mən inanmıram ki, bu, ABŞ-da demokratiyanın sonu olacaq”, o, "Financial Times"-ə deyib. Onun sözlərinə görə, Tramp ABŞ-ı NATO-dan çıxaracaq və “bu, Ukraynanın sonu olacaq”.
Nəşrin məlumatına görə, söhbət zamanı Ukraynadakı münaqişə ilə bağlı problemlər, həmçinin ABŞ və Çin münasibətləri müzakirə olunub. Vacib məsələ hazırkı prezident Co Baydenin yenidən seçilməsi perspektivlərinin müzakirəsi olub.
Klinton vurğuladı ki, Baydenin yaşı seçicilərin seçki qərarı verərkən "nəzərə almaq hüququna malik olan" bir məsələdir.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər