Bütün xəbərlər
Sandu Moskvanı “çevriliş cəhdində” ittiham edib
Tarix: 19-05-2023 23:59 | Bölmə: Manşet

TASS xəbər verir ki, Moldova prezidenti Maya Sandu Rusiyanı bu yaz onun hökumətini devirməyə cəhddə ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sandu bu barədə "Moldova 1" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva “rusiyayönlü qüvvələri hakimiyyətə gətirməyə” çalışıb. Eyni zamanda, Sandu bildirib ki, "cəhd uğursuz olub", çünki Kişinyovun "kifayət qədər məlumatı var".
"Biz əminik ki, onlar yenidən cəhd edəcəklər, lakin bu barədə konkret məlumatım yoxdur" Sandu deyib.
Onun sözlərinə görə, “yeni cəhdlər olacaq”, çünki Kreml Moldovanın hazırkı hökumətini “rusiyapərəst” hökumətlə əvəzləmək, həmçinin Ukrayna münaqişəsində Moldovadan istifadə etmək istəyir.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər