Bütün xəbərlər
Markinyos PSJ ilə 2028-ci ilə qədər yeni müqavilə imzalayıb
Tarix: 19-05-2023 23:59 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransanın "Paris Sen-Jermen" klubunun braziliyalı müdafiəçisi Markinyos parislilərlə 2028-ci il iyunun 30-na kimi hesablanmış yeni müqavilə imzalayıb.
"Müqavilənin uzadılmasından çox məmnunam. Bu, mənim üçün xüsusi bir məqamdır", - deyə, PSJ-nin mətbuat xidməti Markinyosun sözlərindən sitat gətirib: "Əminəm ki, növbəti illərdə də biz birlikdə uğur qazanmağa davam edəcəyik".
Markinyos 2013-cü ildə İtaliyanın "Roma"sına keçdiyi Braziliyanın "Korintians" klubunun yetirməsidir. 2013-cü ilin yayında müdafiəçi "Paris Saint-Germain" oyunçusu oldu.
O, PSJ-nin heyətində bütün yarışlarda 405 oyuna çıxıb, 38 qol vurub və 10 məhsuldar ötürmə verib. O, 2019-cu ildə Amerika Kubokunu qazandığı Braziliya millisində 76 oyun keçirib və 5 qol vurub.
Bundan əlavə, milli komandanın heyətində müdafiəçi 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalını qazanıb.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər