Bütün xəbərlər
Putin və Zelenski Roma Papasının xüsusi nümayəndələrini qəbul etməyə razılaşıblar
Tarix: 18-05-2023 23:48 | Bölmə: Manşet


Vatikanın "İl Sismografo" saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski Roma Papasının xüsusi nümayəndələrini qəbul etmək barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Müqəddəs Taxt-Tac münaqişə tərəfləri arasında danışıqların aparılması imkanlarını müzakirə etmək üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyi təklif etmişdi.
“İl Sismografo”nun məlumatına görə, İtaliya Yepiskoplar Konfransının rəhbəri kardinal Matteo Zuppi və arxiyepiskop Klaudio Qugerottinin Kiyevə səfəri ilə bağlı razılıqlar əldə olunub.
"İl Sismoqrafo" qeyd edir ki, Moskva və Kiyev səfirlikləri vasitəsilə sorğuya aralıq cavab verərək, "əsas əlçatanlıqlarını" elan ediblər.
Bundan əvvəl Romaya səfəri zamanı Zelenski İtaliyanın baş naziri Corc Meloni ilə görüşüb. Ukrayna prezidenti danışıqları səmərəli adlandırıb, İtaliyanın ölkənin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib. Zelenski həmçinin Kiyevin Aİ və NATO-ya üzv olmaq kursunu dəstəklədiyi üçün Romaya təşəkkür edib.
Ukrayna lideri Roma Papası ilə də görüşüb. Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti görüşün 40 dəqiqə davam etdiyini bildirib. Zelenski və Fransisk Ukraynadakı humanitar və siyasi vəziyyəti müzakirə ediblər.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər