Bütün xəbərlər
"Real"ın baş məşqçisi Ançelotti Çempionlar Liqasında rekorda imza atıb
Tarix: 17-05-2023 23:44 | Bölmə: Manşet


Mançesterdə Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” və “Real” komandaları arasında cavab görüşü başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu, İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti üçün rekord olub.
63 yaşlı italiyalı mütəxəssis üçün bu oyun Avropanın əsas klub turnirində 191-ci olub. Bu göstəriciyə görə Ançelotti Aleks Ferqyusondan yan keçib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Çempionlar Liqasında 190 oyun keçirib.
Turnirdəki matçların sayına görə ilk üçlüyü Arsen Venger qapayır (184). İlk 5-liyə həmçinin Xosep Qvardiola (160) və Joze Mourinyo (145) daxildir.
Xatırladaq ki, Madriddə keçirilən yarımfinal mərhələsinin ilk görüşündə “Real” və “Mansiti” 1:1 hesabı ilə bərabərə qalıb.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər