Bütün xəbərlər
Ərdoğan müttəfiqlərini dağılmamağa çağırıb
Tarix: 14-05-2023 23:54 | Bölmə: Manşet


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarlarına müraciət edərək onları ölkədəki ümumi seçkilərin nəticələri rəsmi elan olunana qədər dağılmamağa və qutuları tərk etməməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o hazırda liderdir. Bunu seçki qutularının 85%-dən çoxunun səslərinin hesablanması sübut edir.
Ərdoğan seçkilərin böyük demokratik bayram, sülh və əmin-amanlıq şəraitində keçdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu, ölkənin demokratik yetkinliyinin ifadəsidir.
Türkiyə prezidenti qeyd edib ki, seçkilərin nəticələrinin tələsik elan edilməsi milli iradənin qəsb edilməsi olacaq. Rəcəb Tayyib Ərdoğan həmkarlarına və dostlarına səsvermənin nəticələrinin rəsmi açıqlanmasına qədər heç bir halda qutunu tərk etməməyə çağırıb.
Son məlumatlara görə, Ərdoğan bülletenlərin 85%-ni emal etdikdən sonra 50%-dən bir qədər çox səs toplayıb. Onun rəqibi Kamal Kılıçdaroğlu 43,91 faiz səs toplayıb.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər