Bütün xəbərlər
Ukrayna prezidenti bir daha Kiyevin Kremlə pilotsuz təyyarə hücumlarında iştirak etmədiyini bəyan edib
Tarix: 13-05-2023 23:10 | Bölmə: Manşet


Ukrayna prezidenti Vladimir Zelenski bir daha Kiyevin ayın əvvəlində Kremlə pilotsuz təyyarələrlə edilən hücumlarla heç bir əlaqəsinin olmadığını bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Rai1" telekanalının efirində danışıb.
“Bu, şübhəsiz ki, bizim dronumuz deyil. Nə düşdüyünü bilirik. Biz heç bir pilotsuz təyyarə buraxmamışıq”, - deyə, Ukrayna dövlətinin başçısı İtaliya telekanallarından birinə müsahibəsində bildirib.
Zelenski Ukraynanın Kremlə pilotsuz təyyarə ilə hücuma görə məsuliyyət daşımadığını vurğulayaraq əminliklə bildirib ki, “bu, qətiliklə bizim dronumuz deyil”. Onun sözlərinə görə, əgər Kiyev bu işdə iştirak etsəydi, onlar “deyərdilər”.
Kremlə dron hücumu mayın 2-dən 3-nə keçən gecə baş verib, iki pilotsuz təyyarənin sıradan çıxdığı bildirilir. Bir qədər sonra Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, insident zamanı prezident Vladimir Putin Kremldə olmayıb.


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər