Bütün xəbərlər
Zelenski planlaşdırılan əks-hücum barədə danışıb
Tarix: 13-05-2023 22:43 | Bölmə: Manşet


Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatı barədə dəqiq və mənalı danışa bilməyib. O, bu barədə İtaliyanın "Rai1" kanalına müsahibəsində bildirib.
“Yaxın vaxtlarda mühüm addımlar atılacaq. Biz böyük fədakarlıqla hazırlaşırıq və mühüm addımlar atacağıq”, - deyə, Ukrayna prezidenti jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, Kiyev hazırda əks-hücumun gələcəyi ilə bağlı hansı planları olduğunu danışa bilməz, lakin eyni zamanda Ukrayna ordusunun bu hərəkətlərinin nəticələrinin olacağını vəd edib.
Şənbə günü, mayın 13-də Zelenski Romaya gəlib və burada İtaliya prezidenti Sercio Mattarella və baş nazir Corc Melloni ilə görüşüb. Bundan sonra o, Papaya baş çəkib və Papa onu Vatikanda auditoriyada qəbul edib.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər