Bütün xəbərlər
Aİ Çindən Rusiyanı "Ukraynanı tərk etməyə" inandırmağı tələb etdi
Tarix: 12-05-2023 23:37 | Bölmə: Manşet


Pekin Ukraynadakı münaqişənin həlli üçün Moskvaya təsir imkanlarından istifadə etməsə, Avropa İttifaqı ilə Çin arasında münasibətlər normal inkişaf etməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla cümə günü, mayın 12-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell çıxış edib.
Avropa diplomatiyasının rəhbəri ÇXR "Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa" Çini münasibətlərin pisləşəcəyi ilə hədələyib.
Borrelin sözlərinə görə, Avropa İttifaqı Ukraynadakı münaqişəni, eləcə də Tayvanla bağlı vəziyyəti Çinlə inteqrasiya birliyinin münasibətlərini çətinləşdirən strateji təhlükəsizlik problemi hesab edir.
Bundan əlavə, siyasətçi Aİ ilə Çin arasında ticarət əlaqələrində disbalans olduğunu qeyd edərək, Avropa ölkələrini Çindən mal tədarükündən asılılığını azaltmağa çağırıb.
Bundan əvvəl “The Financial Times” yazıb ki, Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün Çinlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Diplomat, nəşrin yazdığına görə, Çinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş istənilən müsbət addımını alqışlayıb.
Eyni zamanda, mənbələr Aİ ölkələrinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda Rusiyaya dəstək verdiyi iddia edilən Çin şirkətlərinə sanksiya tətbiq etmək istədiyini bildirib.


Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər