Bütün xəbərlər
Macarıstan fiqurlu konkisürmə üzrə Avropa çempionatına ev sahibliyi etməkdən imtina edib
Tarix: 10-05-2023 23:31 | Bölmə: Manşet


Sabaha-inamla.az
rus mətbuatına istinadən xəbər verir ki, Macarıstan Konkisürmə Federasiyası (MOKSZ) rəsmi bəyanat yayaraq, fiqurlu konkisürmə üzrə Avropa çempionatına ev sahibliyi edə bilməyəcəyini açıqlayıb.
“Ölkəmizin qonşuluğunda uzun sürən münaqişə, onun iqtisadiyyata təsiri və fiqurlu konkisürməyə əhəmiyyətli dərəcədə təsir edən enerji qiymətlərinə görə MOKSZ fiqurlu konkisürmə üzrə Avropa çempionatının keçirilməsindən imtina edir”.
Beynəlxalq Konkisürmə Federasiyası (ISU) Macarıstan tərəfdən müraciət aldığını açıqladı və həmçinin yarışın yeni məkanının mayın 26-dək təqdim oluna biləcək müraciətlər əsasında müəyyən ediləcəyini qeyd etdi.
İlkin olaraq, 22-28 yanvar tarixlərində Budapeştdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçirilməli idi.


Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər