14:46 / 24-11-2026
"Putin və Trampı məmnun etmək üçün": AB yeni təhlükəsizlik sistemi üçün 5 variant təklif etdi
14:43 / 24-11-2026
FSB 3,5 kq partlayıcı qurğu ilə bir kişini saxladı
14:41 / 24-11-2026
Britaniya Ukraynaya saxta partlayıcı maddələr tədarük edərkən yaxalandı
14:37 / 24-11-2026
FSB: Sinaqoqda terror hücumunun qarşısı alınıb
13:21 / 24-11-2026
Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni inkişaf dövrünü yaşayır-Könül Nurullayeva
20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və vətənə xidmət nümunəsidir
Tarix: 06-05-2023 00:24 | Bölmə: Manşet

AMEA-nın Naxçıvan Bölməsində Tarix,Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və vətənə xidmət nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə Sabaha-inamla.az-a AMEA-nın Naxçıvan Bölməsindən bildiriblər.
Bildirilib ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur. Bununla əlaqədar olaraq Azəraycanda, eləcə də ölkə hüdudlarından kənarda Ulu öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
“Heydər Əliyev dünya səviyyəli siyasət və dövlət adamıdır. Onun fəaliyyəti təkcə ölkəmizlə məhdudlaşmır”, - söyləyən bölmə rəhbəritanınmış siyasi xadimlərin Ulu öndər haqqında fikirlərindən sitatlar gətirib.
Akademik çıxışı zamanı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafına verdiyi töhfələrdən, uzaqgörən işlərdən söz açıb. Vurğulayıb ki, üzərinə götürdüyü xilaskarlıq missiyasının ağırlığına, məsuliyyətinə baxmayaraq, ürəyi vətən, xalq sevgisi ilə döyünən dahi lider bu missiyanı uğurla yerinə yetirmişdir.
Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli konfransda“Azərbaycanın inkişafında dönüş mərhələsi (1969-1982-ci illər)” mövzusunda məruzə edib.
Professor məruzənin əvvəlində rəhbərlik etdiyi institutda“Heydər Əliyev İli” çərçivəsində yerinə yetirilən və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan 1969-1982-ci illərdə əvvəlki dövrlərlə müqayisədə ən yüksək inkişaf zirvəsinə qalmış, Heydər Əliyevin gələcəyə istiqamətlənmiş müdrik və cəsarətli fəaliyyəti nəticəsindəSovet İttifaqında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilmişdir. Uzaqgörən və daim xalqının gələcəyini düşünən böyük dövlət xadimi xalqı həyatın bütün sahələrində müstəqil yaşamağa hazırlamışdır. Hələ 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi və himayəsi ilə ölkəmizdə milli oyanış və müstəqilliyə doğru Böyük Dönüş dövrü başlanmışdır.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev söyləyib ki, müstəqilliyimizin bərpasının erkən dövründə ərazilərinin işğalı, vətəndaş müharibəsi astanasında olan, müstəqilliyinin ititrilməsi təhlükəsi qarşısında qalan ölkədə gərginlik dərinləşərək anarxiya həddinə çatmışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra həyata keçirdiyi siyasi kurs dövlətimizin gerçək müstəqiliyini təmin etdi. Ölkədə sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın təməlində Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət dayanır.
“Bu gün Azərbaycan Ulu öndərin ideyaları əsasında inkişaf edir. Həmin siyasət Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən professor çıxışının sonunda son dövrlər əldə olunan uğurlardan söz açıb.
İnstitutun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev konfransda “Ümummilli lider Heydər Əliyevin ermənilərin Azərbaycana ərazi iddialarına qarşı mübarizəsi” mövzusunda məruzə edib.
Məruzəsində Heydər Əliyevi Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət adlandıran alim qeyd edib ki, Heydər Əliyev həm də ümummilli ideologiyamız olan Azərbaycançılıq ideologiyasının müəllifidir.
Alim bildirib ki, Ulu öndər həyatının bütün dövrlərində erməni saxtakarlığına, ərazi iddialarına qarşı qətiyyətlə mübarizə aparmış, ömrünün sonunadək mübarizəsini cəsarətlə davam etdirmişdir. Uzaqgörən liderötən əsrin 60-cı illərindən etibarən çalışdığı bütün məsul vəzifələrdə ermənilərin riyakar əməllərinin qarşısının alınmasında yüksək qətiyyət nümayiş etdirmiş, təzyiqlərə rəğmən inadlı mübarizəsindən əl çəkməmişdir.
Qeyd olunub ki, ölkəyə rəhbərliyinin ikinci dövründə də bu ideyaya sadiq qalan Ümummilli liderinxalqımıza qarşı törədilən kütləvi qırğın və soyqırımlara hüquqi qiymət verməsi erməni vəhşiliyinin dünyaya bəyanı idi.
İnstitutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov konfransda “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə edib.
Məruzədə vurğulanıb ki, Ulu öndər ölkəmizin ərazi bütövlüyü, xüsusilə, Qarabağ problemini xarici siyasətin prioritet məsələsi kimi müəyyənləşdirmiş, dünya liderləri ilə rəsmi görüşləri, etdiyi səfərlər zamanı daim gündəmdə saxlamışdır.
İkinci dəfə siyasi hakimiyyətə gəlişindən sonraHeydər Əliyevin göstərişi ilə ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlar, nail olunan müsbət dönüş qana susamış erməniləri atəşkəs imzalamağa məcbur etmişdir. Bunula yanaşı neft strategiyasının inkişafını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Məruzədə Azərbaycanın balanslı xarici siyasətindən və hazırda uğurla davamında ətraflı bəhs olunub.
Sabaha-inamla.az
Baxış sayı: 337
Bölməyə aid digər xəbərlər

Dünən, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
Dünən, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
26-10-2026, 20:54
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
26-10-2026, 09:16
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır