22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Messi "Əl-Hilal" klubundan rəsmi təklif alıb
Tarix: 04-05-2023 21:59 | Bölmə: Manşet


Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-Hilal” Lionel Messi ilə müqavilə imzalamağa ümid edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, argentinalı forvard "Paris Sen-Jermen" klubdan rəsmi təklif alıb.
"Reuters" xəbər verir ki, Messi növbəti mövsümdə mütləq PSJ-də qalmayacaq. Lakin hələlik argentinalının karyerasını davam etdirmək üçün yalnız bir konkret təklifi var. Onun təfərrüatları açıqlanmır.
Daha əvvəl məlum olmuşdu ki, Fransa klubu 35 yaşlı futbolçunu iki həftəlik komanda ilə məşqdən kənarlaşdırıb. "Paris Sen-Jermen" Messini Səudiyyə Ərəbistanına qəsdən səfər etdiyi üçün cəzalandırıb.
Xatırladaq ki, futbolçunun parislilərlə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.



Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər