22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
PSJ Messini məşqlərdən uzaqlaşdırıb
Tarix: 02-05-2023 23:46 | Bölmə: Manşet


“Paris Sen-Jermen”in argentinalı hücumçusu Lionel Messi yaxın iki həftə komanda ilə məşq edə bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı Fransa klubunun rəhbərliyi verib.
RMC Sport-un məlumatına görə, argentinalı PSJ-nin baş məşqçisi Kristof Qalatye və futbol müşaviri Luis Kamposla Səudiyyə Ərəbistanına son səfər etməyi razılaşdırmayıb. Futbolçu öz iradəsinə görə cəzalandırılacaq.
Bundan əvvəl Messinin Səudiyyə Ərəbistanına səfər etdiyi məlum olub. Argentina millisinin və "Sen-Jermen"in hücumçusu ərəb ölkəsinin turizm səfiri kimi oraya gəlib.
O da bildirilir ki, iki həftəlik “boş vaxt” Messi klubdan maaş almayacaq. Xatırladaq ki, argentinalı futbolçunun fransızlarla müqaviləsi 2023-cü ilin yayında başa çatır.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər