22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Yuventus" İtaliya çempionatında "Bolonya"ya qalib gələ bilməyib
Tarix: 01-05-2023 23:38 | Bölmə: Manşet


Futbol üzrə İtaliya çempionatının 32-ci turunda Turin "Yuventus"u səfərdə "Bolonya" ilə heç-heçə oynayıb - 1:1.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Qoca sinyora” turnirdəki məğlubiyyət seriyasını dörd görüşə çatdırıb – bir heç-heçə, üç məğlubiyyət.
Hesabı 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən meydan sahiblərinin hücumçusu Rikkardo Orsolini açıb. 21 dəqiqə sonra qonaqlar bərabərliyi bərpa etmək şansı qazansalar da, Arkadiuş Milik nöqtədən zərbəni çevirə bilməyib.
Görüşün ikinci hissəsində qonaqlar geri qayıdıblar. Eynilə Milik 61-ci dəqiqədə qol vuraraq komandasını ardıcıl dördüncü məğlubiyyətdən xilas edib.
“Yuventus” 60 xalla üçüncü, “Bolonya” isə 45 xalla səkkizincidir.



Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər