22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Türkiyə tezliklə "böyük neft xəbərləri"ni açıqlayacaq
Tarix: 30-04-2023 23:39 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyənin energetika naziri Fatih Dönməz bildirib ki, neftlə bağlı "böyük xəbər" tezliklə açıqlanacaq.
O, sözün əsl mənasında bunları söylədi: “Çox yaxında biz neftlə bağlı böyük xəbəri açıqlaya biləcəyik”. Eyni zamanda, o, neftin tapılıb-tapılmadığını, əgər varsa, harada tapılıb, ehtiyatlarının nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Dekabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində Mardin vilayətində 150 milyon barel ehtiyata malik neft yatağının aşkar edildiyini açıqlamışdı. Onun sözlərinə görə, bu, 2022-ci ildə kəşf edilən ən böyük yataqlardan biridir və ehtiyat dəyəri təqribən 12 milyard dollardır.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər