22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Olimpiya mükafatçısı Varqanova Qoada zaminə buraxılıb
Tarix: 30-04-2023 23:33 | Bölmə: Manşet

Qoa məhkəməsi Olimpiya mükafatçısı Varqanovanı zaminə buraxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş rusiyalı üzgüçü, dünya çempionu və 1980-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Svetlana Varqanova Qoa məhkəməsi tərəfindən zaminə buraxılıb. Bu barədə Rusiyanın Mumbaydakı Baş Konsulluğundan məlumat verilib.
Bundan əvvəl Varqanovanın digər rusiyalı, keçmiş polis əməkdaşı və Hindistan vətəndaşı ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı bildirilirdi. Əməliyyat zamanı LSD, kokain, metamfetamin və digər qanunsuz maddələr aşkar edilərək götürülüb.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər