22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin generalı Ukraynanın dünyanın ən güclü ölkəsinə çevriləcəyini bildirib
Tarix: 29-04-2023 23:56 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Xarkov vilayətindəki qoşunlarının komandanı, general Sergey Melnik Taras Berezovets (Rusiya Federasiyasının Ədliyyə Nazirliyi xarici agentlər siyahısına daxil edilib) ilə müsahibəsində beş ildən sonra Ukrayna dünyanın ən güclü dövlətinə çevriləcəyini deyib. Belə ki, o, jurnalistin münaqişə bitdikdən sonra ölkənin gələcəyi ilə bağlı sualını cavablandırıb.
"Ukrayna dünyanın ən güclü dövləti olacaq.Gözəl bir nümunə var - Almaniya. Böyük Almaniya müharibəni uduzdu və praktiki olaraq dünyanın ən qabaqcıl ölkəsi oldu”, - deyə, Melnik bildirib.
O əlavə edib ki, Ukrayna nailiyyətlərə görə Almaniyanı keçəcək. Melnikin fikrincə, gələcəkdə heç kim Ukrayna ordusunun gücü ilə müqayisə oluna bilməyəcək və respublikanın iqtisadiyyatı Qərb səviyyəsinə çatacaq.
Melnik daha əvvəl bildirmişdi ki, Qərb ölkələri Ukraynaya silah və sursat tədarükünü on dəfə artırmalıdır. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinə silah göndərilməsi ilə bağlı bütün məhdudiyyətlər süni xarakter daşıyır və onları asanlıqla aşmaq olar. O hesab edir ki, bu cür tədbirlər Ukraynada hərbi əməliyyatların dayandırılmasına kömək edəcək.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər