22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Puşkinin abidəsi Riqanın mərkəzindən götürüləcək
Tarix: 25-04-2023 21:52 | Bölmə: Manşet


Riqa Şəhər Şurasının hakim koalisiyası şair və yazıçı Aleksandr Puşkinin abidəsinin köçürülməsinə dəstək verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, abidənin başqa yerə köçürülməsi hələlik müəyyənləşməyib. Bu barədə çərşənbə axşamı şəhər assambleyasının vitse-spikeri Linda Ozola məlumat verib.
Siyasətçi sosial şəbəkələrdə yazıb: “Kronvald parkında Puşkinin günləri bitdi".
Deputatlar abidənin köçürülməsi üçün yeri müəyyənləşdirmək barədə razılığa gəliblər. İşin dəqiq vaxtı göstərilməyib, lakin abidə "Riqanın şəhər mühitindən dərhal yoxa çıxmalıdır", - Ozola bildirib.
Çox güman ki, bu, Latviyanın Müstəqilliyin Bərpa Gününü qeyd etdiyi mayın 4-nə qədər baş verəcək, "Delfi" yazır.
Abidənin Latviya paytaxtının mərkəzindən köçürülməsinin təşəbbüskarı Riqa üçün Kodeks partiyasının deputatları olub. Millət vəkilləri hesab ediblər ki, şairin abidəsi mayın 9-da gül dəstələri qoyulan yerə çevrilə bilər.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər