22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Buzda xokkey üzrə dünya çempionu Ketov təqaüdə çıxdı
Tarix: 25-04-2023 20:39 | Bölmə: Manşet


Rusiya milli xokkey komandasında dünya çempionu Yevgeni Ketov peşəkar karyerasını bitirmək qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Sankt-Peterburq SKA-nın mətbuat xidməti məlumat yayıb.
Ordunun rəsmi saytı 37 yaşlı xokkeyçinin sözlərini sitat gətirib: “Karyeramı bitirmək qərarının mənim üçün asan olduğunu deyə bilmərəm, lakin hər bir xokkeyçinin yolu gec-tez bitir”.
Ketovun klubda məşqçi kimi fəaliyyətini davam etdirəcəyi də məlum olub.
Hücumçu SKA-da 541 oyun keçirərək, bu göstəriciyə görə komandanın rekordçusu olub. O, iki dəfə Qaqarin kubokunu qazanıb. Rusiya millisinin tərkibində Ketov 2012-ci ildə dünya çempionatının qızıl medalını qazanıb.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər