22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Trampın namizədliyini hələ də respublikaçıların təxminən 70%-i dəstəkləyir
Tarix: 23-04-2023 23:19 | Bölmə: Manşet


Respublikaçı seçicilərin təxminən 70%-i ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamlara baxmayaraq, onu dəstəkləməkdə davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, NBC News-in sorğusunun nəticəsidir.
Kanal qeyd edir ki, respublikaçıların praymerizində səs verəcək seçicilərin üçdə ikisindən çoxu Trampa qarşı aparılan istintaqın siyasi motivli olması və onun yenidən ABŞ-a rəhbərlik etməsinə mane olmaq üçün nəzərdə tutulduğu bəyanatı ilə razılaşıb. Onlar da hesab edirlər ki, “rəqiblərinin qalib gəlməsinə imkan verməmək üçün onu indi dəstəkləməliyik”.
Respondentlərin daha 26%-i əks fikirdədir. Onlar hesab edirlər ki, ümumi seçkilərdə ABŞ-ın hazırkı prezidenti Co Baydeni məğlub etməyə cəmləşə biləcək başqa bir namizəd seçilməlidir.
Seçicilərin təxminən yarısı (46%), əgər GOP-un ilkin seçkiləri indi keçirilsə, Trampa səs verəcəklərini bildirib.
ABŞ-da Trampın ən yaxın rəqibi hesab edilən Florida qubernatoru Ron DeSantisə dəstək respondentlərin 31%-i tərəfindən açıqlanıb. Digər 6% isə keçmiş vitse-prezident Mayk Pensi dəstəkləyəcək.
Respublikaçı və Demokrat partiyalarının rəyi soruşulan bütün tərəfdarların 60%-i Trampın prezident seçkilərində iştirak etməməli olduğuna inanır, 35%-i isə əksinə, onun namizədliyini dəstəkləyir.
Hər dörd seçicidən yalnız biri Baydenin yenidən seçilməsini dəstəkləyir. Respondentlərin 70%-i hesab edir ki, onun prezidentlik uğrunda mübarizə aparmasına ehtiyac yoxdur.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər