22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İstanbulda Ərdoğanın partiya ofisi atəşə tutulub
Tarix: 23-04-2023 14:38 | Bölmə: Manşet


Bir qrup silahlı şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahına atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Daily Sabah" qəzeti yazır ki, insident bazar günü gecə İstanbulun Bahçelievler Köçəsinan səmtində baş verib.
Hadisə yerinə gələn polis briqadaları binanı mühasirəyə alıb, araşdırma aparılır. Hücum zamanı xəsarət alan olmadığı bildirilir.
Bu, son bir neçə gündə ikinci belə hadisədir. Belə ki, aprelin 20-də ölkənin cənubunda yerləşən Adana şəhərində naməlum şəxs ov tüfəngindən hakim partiyanın binasına atəş açıb. Hücum zamanı ofisdə heç bir işçi olmayıb - onlar əvvəllər zəlzələlərə görə ehtiyat tədbiri olaraq binadan təxliyə edilmişdilər. 24 yaşlı şübhəli saxlanılıb.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər